9/9

Qadın qol saatları

There are no products in this section

Qadin qol saatlari seçərkən nəyə diqqət etməli?

Həm kişi, həm qadınların vazkeçilməz aksessuarı qol saatdır. Həm büdcənizə, həm stilinizə uyğun minlərlə qol saatı modeli movcuddur. Bəs doğru modeli necə seçməli? Qol saatı seçərkən nələrə diqqət etməli? Bütün bunlarla bu yazımızda tanış ola bilərsiniz.

İlk olaraq necə saat istədiyinizə qərar verin. Saat stilinizə uyğun olmalıdır, həmçinin də büdcənizə. Saatda hansı özəllikləri istəyirsiz? Məsələn, rəqəmləri necə olsun? Hansısa metala qarşı allergiyanız varmı? Əgər bunları bilsəniz, saat seçmək sizin üçün daha asan olacaq.

Qadın qol saatlari seçərkən bir neçə məqama diqqət etməlidirlər. Öncəliklə, büdcəniz nəyə icazə verir? Əgər büdcəniz azdırsa dəri saatları sizə təklif edə bilərik. Çünki digər metallardan olan saatlar bahalıdırlar.

Əgər saatı gündəlik istifadə üçün istəyirsinizsə, onda saatın çox bəzəkli, daş-qaşlı olmamasına diqqət edin. Həddən artıq işıltılı saatlar sizi gözəl göstərməyəcək.

Saatın materialına diqqət edin. İlk olaraq, hansısa materiala qarşı allergiyanız varmı?

Əgər saat qızıldırsa, onun materialı qızıldır, yoxsa örtüyü sualına cavab axtarın. Əgər örtükdürsə, onun qalınlığı nə qədərdir? Çünki çox incə saatlar tez cızılır. Əgər brilyantdırsa, karatı nə qədərdir? Kəməri dəridirsə, həqiqi dəridirmi? Daş-qaşlı saat istəyirsinizsə onun çox parıltılı olmamasına diqqət edin.

Gedəcəyiniz məkanlara uyğun saat seçimi edin.

Saatın arxasında “water resistant/ water proof” yazılıbsa deməli, bu saat su keçirmir. Saatın su keçirməzliyini göstərən vahid metr və ya atmosferdir (ATM). Əgər seçdiyiniz saatın su keçirməzliyi 30 m- ilə ifadə edilibsə bu saatı sudan qorumaq çətindir. 50 m yazılan saatları duş alarkən taxa bilərsiniz. 100 m saatlar isə dənizdə və ya hovuzda olarkən istifadə edə bilərsiniz. 200 m isə daha çox dalğıclar üçün nəzərdə tutulub.