9/9

Kişi qol saatları

There are no products in this section

Kisi qol saatlari seçərkən nələrə diqqət etməli?

İlk olaraq, büdcənizi, stilinizi, hansısa materiala qarşı allergiyanız olub-olmadığını qərarlaşdırmalısınız. Digər məqamlarla isə bu yazımızda tanış ola bilərsiniz.

Saatların növləri və xüsusiyyətləri

Təqvimli saatlar: Belə saatlar gün, ay, il, həftə və tarixi göstərir.

Xronoqraf saatlar: Belə saatlar vaxtı ölçür və qeyd edir.

Su keçirməyən saatlar: Saatın arxasında “water resistant/ water proof” yazılıbsa deməli, bu saat su keçirmir. Saatın su keçirməzliyini göstərən vahid metr və ya atmosferdir (ATM). Əgər seçdiyiniz kisi qol saatlari su keçirməzliyi 30 m- ilə ifadə edilibsə bu saatı sudan qorumaq çətindir. 50 m yazılan saatları duş alarkən taxa bilərsiniz. 100 m saatlar isə dənizdə və ya hovuzda olarkən istifadə edə bilərsiniz. 200 m isə daha çox dalğıclar üçün nəzərdə tutulub.

Aluminyyum saatlar: Uzunömürlü olurlar və gec paslanırlar.

Plastik qol saatları: Yüngül, rəngli və sağlam kəmərli qol saatlarını hər yerdən tapa bilərsiniz. Əgər istədiyiniz kimi saat tapmısız lakin kəməri xoşunuza gəlmirsə onda kəmərini dəyişə bilərsiniz.

Titan saatlar: Xüsusilə idman stilindəki saatlar bu materialdan hazırlanır. Paslanmazlığı və dözümlülüyünə görə poladdan daha keyfiyyətlidir.

Qeyd:

  1. Əgər büdcəniz azdırsa dəri kəmərli saatlar seçin. Çünki metal və ya paslanmaz polad kəmərli saatlar çox bahalıdır. Dərinin də keyfiyyətinə fikir verməlisiniz.
  2. Qadınlar bəzəyi sevsə də saat seçimində gündəlik də taxa biləcəyiniz saatlar seçmək daha məsləhətlidir.
  3. Saatınızın qarantiya kağızı, çekini və keyfiyyət sertifikatlarını tələb edin və onları saxlayın.
  4. Metallara qarşı allergiyanız varsa keramika saatlardan istifadə edə bilərsiniz.